Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Allah insan deyil ki, Yalan söyləsin, Bəşər oğlu deyil ki, Fikrini dəyişdirsin. Dediyini həyata keçirməzmi? Verdiyi sözü yerinə yetirməzmi? At yaxud qatır kimi Şüursuz olmayın. Cilov, yüyən vurulmasa, Onlar idarə edilə bilməz». Hamısı dağın yırtıcı quşlarına, Yerin vəhşi heyvanlarının qarşısına atılacaq. Yayda yırtıcı quşlara, Qışda bütün vəhşi heyvanlara yem olacaq. Məgər eşitməmisən ki, Mən çoxdan bu işi hazırladım, Qədimdən bəri müəyyən etdiyimi İndi yerinə yetirirəm ki, Sən qalalı şəhərləri dağıdıb Viranəliyə çevirəsən. Ədalətli adamı şərqdən kim ayağa qaldırdı? Kim ona xidmət etməyi əmr etdi? Millətləri onun ixtiyarına kim verdi? Padşahları kim məğlub etdi? O öz qılıncı ilə Onları torpağın tozuna çevirir, Yayı ilə göyə sovrulan samana döndərir. Şimaldan bir nəfəri hərəkətə gətirdim, o gəlir. O, gündoğandan adımı çağıracaq. Dulusçu gili tapdalayan kimi O, hökmdarları palçıq kimi tapdalayacaq.
Выбор основного перевода