Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Budur, döyüş arabalarında süvarilər cüt-cüt gəlir». Sonra o çığırdı: «Yıxıldı, Babil yıxıldı! Onun allahlarının bütləri isə yerə düşüb parça-parça oldu». Yığışın, gəlin, bir yerə toplaşın, ey millətlərdən sağ qalan kəslər! Taxta bütləri gəzdirənlər, Xilas verməyən allahlara dua edənlər heç nə bilmir. «Millətlərə bildirib elan edin. Bayraq qaldırıb xəbər verin, Heç nəyi gizlətməyin! Deyin ki, Babil ələ keçiriləcək, Bel allahı utandırılacaq, Marduk allahı dəhşətə düşəcək, Bütləri alçaldılacaq, Məbudları parça-parça olacaq. Çünki onun üstünə şimaldan Bir millət hücum edəcək, Ölkəsini viran edəcək. Orada yaşayan olmayacaq, İnsan da, heyvan da qaçıb gedəcək». Rəbb bəyan edir: «O gün, o zaman İsrail xalqı ilə Yəhuda xalqı Birlikdə gələcək, Onlar ağlaya-ağlaya gəlib Özlərinin Allahı Rəbbi axtaracaq.
Выбор основного перевода