Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Bütün bunlar sizə ona görə göstərildi ki, bunu biləsiniz: yalnız Rəbb Allahdır, başqası yoxdur. Bu gündən bilin və yadınızda qalsın ki, yuxarıda – göydə və aşağıda – yerdə Rəbb Allahdır. Ondan başqası yoxdur. İndi görün ki, Allah yalnız Mənəm. Başqası yoxdur. Mənəm öldürən və həyat verən, Mənəm yaralayan və şəfa verən, Heç kim əlimdən qurtara bilməz. Rəbbə oxşar ikinci müqəddəs yoxdur, Ey Rəbb, yeganəsən Sən! Allahımız kimi sığınacaq qaya yoxdur! Rəbbə həmişə güvənin, Çünki Rəbb Allah əbədi Qayadır. Siz isə müqəddəs bayram gecəsi kimi İlahilər oxuyacaqsınız. Rəbbin dağına, İsrailin Qayasına tütək çalaraq çıxan tək Ürəyiniz şadlanacaq. Bütlərinizi gətirin və qoy onlar sonra nə olacağını bizə bildirsin, Olub-keçənləri bizə nəql etsin, Biz dərindən düşünüb sonunu öyrənək. Yaxud onlar gələcəyi bizə agah etsin. Rəbb bəyan edir: «Sizsiniz Mənim şahidlərim, seçdiyim qullarım, Belə ki Məni tanıyıb, Mənə arxalanasınız, Mənim O olduğumu anlayasınız. Məndən əvvəl Allah mövcud olmayıb, Məndən sonra da olmayacaq. Rəbb Mənəm, başqası yoxdur, Məndən başqa Allah yoxdur. Səni Mən gücləndirəcəyəm, Halbuki Məni tanımırdın. Onda biləcəksiniz ki, Mən İsrailin arasındayam, Allahınız Rəbb Mənəm, Başqası yoxdur. Xalqım əbədi olaraq rüsvay olmayacaq.
Выбор основного перевода