Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Bunları kim etdi, tamamladı? Əzəldən bəri nəsilləri çağıran kimdir? Mən Rəbb birinciyəm və axırda da Mən varam». İndi isə, ey Yaqub, ey İsrail, səni yaradan, Sənə həyat verən Rəbb belə deyir: «Qorxma, çünki Mən səni satın aldım, Səni adınla çağırdım, sən Mənimsən. Mənəm Rəbb, yalnız Mənəm, Məndən başqa qurtarıcı yoxdur. Sizi Satınalan, İsrailin Müqəddəsi, Rəbb belə deyir: «Sizin xatirinizə Babilə ordu göndərəcəyəm. Onların hamısını qaçqın edəcəyəm, Xaldeylilər də öyündükləri gəmilərlə qaçacaq. Qulaq as Mənə, ey Yaqub nəsli, çağırdığım İsrail! Mən Oyam, Mən birinciyəm, Mən sonuncuyam. Var olan, Var olmuş və Gəlməli olan Külli-İxtiyar Rəbb Allah deyir: «Alfa və Omeqa Mənəm!» Mən Onu gördükdə ölü kimi ayaqlarına düşdüm. O isə sağ əlini mənim üstümə qoyub dedi: «Qorxma! Birinci və Sonuncu Olan, Alfa və Omeqa, Birinci və Sonuncu, Başlanğıc və Axır Mənəm!»
Выбор основного перевода