Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Onlar özlərinə verilən buğanı götürüb hazırladılar və səhərdən günortaya qədər «Ey Baal, bizə cavab ver!» deyə Baalı çağırdılar, ancaq heç səs-soraq çıxmadı. Onlar düzəltdikləri qurbangahın ətrafında gəzərək atılıb-düşdülər. Onlar uca səslə çağırdılar və adətlərinə görə bədənlərindən qan axana qədər qılınc və nizələrlə özlərini yaraladılar. Oyma bütlərə güvənənlər, Tökmə bütlərə “Sizsiniz allahlarımız” deyənlər Geri qaytarılıb utandırılacaq. Sonra ağac oduna işlənir. İnsan gətirdiyi odunla həm isinir, Həm sobanı yandırır, çörək bişirir. Həm də özünə bir allah düzəldir, Düzəltdiyi bütün qarşısında səcdə edir, Yerə sərilir. Yığışın, gəlin, bir yerə toplaşın, ey millətlərdən sağ qalan kəslər! Taxta bütləri gəzdirənlər, Xilas verməyən allahlara dua edənlər heç nə bilmir.
Выбор основного перевода