Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Çünki o gün Ordular Rəbbi Bütün qürurluları, lovğaları, məğrurları alçaldacaq. Livanın bütün hündür və vüqarlı sidr ağaclarını məhv edəcək, Bütün Başan palıdlarını yox edəcək. Bütün ulu dağları, hündür təpələri, Bütün yüksək qüllələri, Qala divarlarını yerlə yeksan edəcək, Bütün Tarşiş gəmilərini, Bütün gözəl gəmiləri yox edəcək. Dərin sulara “Quru! Mən çaylarını qurudacağam” söyləyən, Bəs nə üçün Mən gələndə heç kim olmadı? Axı niyə Mən çağıranda cavab verən olmadı? Məgər Mənim əlim zəifləyib ki, Xilas etməyə qadir olmasın? Yaxud Mənim sizi qurtarmağa gücüm çatmazmı? Mən qəzəbimlə dənizi quruduram, Çayları səhraya çevirirəm. Suyun çatışmazlığından balıqlar iylənir, susuzluqdan ölür.
Выбор основного перевода