Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Çiçək kimi açar, solar, Kölgə kimi keçib-gedər. Ya Rəbb, göylər Sənin xariqələrinə şükür etsin, Müqəddəslər camaatı arasında sədaqətinə həmd edilsin. Göydə Rəbbin tayı-bərabəri varmı? İlahi varlıqlar arasında Rəbbin bənzəri varmı? Millətlər Rəbbin ismindən, Dünyanın bütün padşahları Onun əzəmətindən qorxacaqlar. varlı qardaşsa öz həqirliyi ilə fəxr etsin, çünki varlı insan otun çiçəyi kimi solub gedəcək. Günəş çıxır, bərk isti olur və otu qurudur. Otun çiçəyi tökülür və onun zahiri gözəlliyi itir. Varlı adam da beləcə, işləyə-işləyə solacaq. Ona görə ki «Bütün bəşər ota bənzər, Onun bütün gözəlliyi çöl çiçəyi kimidir. Ot quruyar, çiçək tökülər, Amma Rəbbin sözü əbədi qalar». Sizə vəz olunan Müjdə sözü budur.
Выбор основного перевода