Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Çünki Əyyub deyir: “Mən günahsızam, Allah isə əlimdən haqqımı aldı. Məgər Allah pislik edir? Məgər Külli-İxtiyar haqsızlıq edir? Ya Rəbb, Sən mənim Allahımsan, Səni ucaldıram, adına həmdlər oxuyuram. Çünki Sən qədimdən bəri möcüzələrini, niyyətlərini Sədaqətlə həyata keçirdin. Amma mən dedim: «Mən boş yerə çalışdım, Gücümü hədər yerə tükətdim. Rəbb mənə yenə haqq qazandırır, Mükafatım Allahımdadır». Amma Sion dedi: «Rəbb məni tərk etdi, Xudavəndim məni unutdu». Bir anlığa qızğın qəzəblə səndən üzümü döndərdim, Lakin əbədi məhəbbətimlə sənə rəhm edəcəyəm». Bunu səni Satınalan, Rəbb deyir. Məgər Allah Öz seçdiklərini, gecə-gündüz Ondan imdad istəyənlərin haqqını qorumayacaqmı? Onları çox gözlədəcəkmi? Sizə bunu deyirəm: tezliklə onların haqqını qoruyacaq. Bəs Bəşər Oğlu gələndə yer üzündə iman tapacaqmı?»
Выбор основного перевода