Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Xariqələrin qaranlıqdamı, Ədalətin unudulma diyarındamı tanınacaq? Mən isə, ya Rəbb, Səni imdada çağırıram, Duam hər səhər hüzuruna qalxır. Ya Rəbb, niyə məni rədd edirsən? Niyə məndən üzünü gizlədirsən? Onlar canı çıxan kimi torpağa düşər, Niyyətləri bircə anda yox olar. Rəbbin kitabını araşdırın, oxuyun, Bunlardan heç biri əskik olmayacaq, Hər bir dişi heyvan öz cütünü tapacaq, Çünki bu əmr Onun ağzından çıxdı, Ruhu da onları toplayacaq. Göyləri yaradıb onları sərən, Yeri və onun üzərindəkiləri düzəldən, Dünyadakı adamlara nəfəs verən, Yer üzündə gəzən insanlara ruh verən Rəbb Allah belə deyir: Başınızı qaldırıb göylərə nəzər salın, Aşağıya, yer üzünə baxın. Çünki göylər dağılacaq tüstü kimi, Yer üzü paltar kimi köhnələcək. Beləcə yer üzünün sakinləri də qırılacaq. Lakin Mənim xilasım əbədidir, Salehliyim sonsuzdur.
Выбор основного перевода