Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Aşşuru göndərəcəyəm allahsız millətin üstünə, Qəzəbləndiyim xalqın üzərinə hücum etməyə, Qarət etməyə, talan malı götürməyə. Onları küçələrdəki palçıq kimi Tapdalamağa əmr verəcəyəm. Dəməşq barədə xəbərdarlıq: Budur, Dəməşq daha şəhər olmayacaq, Bir yığın xarabalığa dönəcək. Məgər siz bilmirsiniz? Məgər eşitməmisiniz? Başlanğıcdan bəri bunu sizə bildirmədilərmi? Dünyanın təməli qoyulduqdan bəri bunu dərk etmədinizmi? Məgər sən bilmirsən? Məgər eşitməmisən? Rəbb əbədi Allahdır, Odur bütün dünyanı yaradan. Nə yorulur, nə taqətdən düşür, Onun ağlı dərkedilməzdir. Şərqdən bir yırtıcı quşu, Uzaq diyardan niyyətimi yerinə yetirən adamı çağıran Mənəm. Mən bunları dedim, Mütləq yerinə yetirəcəyəm, Mən niyyət etmişəm, bunu icra edəcəyəm. Allahın əzəldən bilib müəyyən etdiyi məqsədə uyğun olaraq siz bu Şəxsi qanunsuzlara təslim edib onların əli ilə çarmıxa mıxlatdıraraq öldürdünüz. Həqiqətən, Hirod və Ponti Pilat başqa millətlər və İsrail xalqı ilə birlikdə Sənin məsh etdiyin müqəddəs Qulun İsanın əleyhinə bu şəhərdə toplaşdı ki, Sənin əvvəldən qərar verdiyin, Sənin əlində və niyyətində olan şeyləri həyata keçirsin.
Выбор основного перевода