Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
İsrail padşahı Peqahın dövründə Aşşur padşahı Tiqlat-Pileser gəlib İyonu, Avel-Bet-Maakanı, Yanoahı, Qedeşi, Xasoru, Gileadı, Qalileyanı və bütün Naftali torpağını tutdu, əhalisini də Aşşura sürgün etdi. Onda İsrailin Allahı Aşşur padşahı Pulda, yəni Tiqlat-Pileserdə niyyət oyandırdı, o da Ruvenliləri, Qadlıları və Menaşşe qəbiləsinin yarısını əsir aparıb Xalaha, Xavora, Haraya və Qozan çayının sahilində yerləşdirdi. Onlar bu günə qədər də oradadır. Nə oldu aslanlar yuvasına? Gənc aslanların bəsləndiyi, Şirlə dişisinin və balalarının qorxusuz gəzdiyi yerə nə oldu? Aslan öz balalarına kifayət qədər şikar ovladı, Dişisi üçün ovunu boğazladı, Mağarasını ovladığı heyvanlarla, Yuvasını şikarla doldurdu.
Выбор основного перевода