Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Çılpaq təpələrdən çaylar, Vadilərdə su mənbələri açacağam. Səhranı gölməçəyə, quraq torpağı bulaqlara çevirəcəyəm. Budur, Mən təzə bir şey edirəm, O artıq baş verir, Məgər siz bunu başa düşmürsünüz? Bəli, Mən çöllükdə yol salacağam, Quru torpaqda çaylar yaradacağam. Onlar çıxarkən cinə tutulmuş lal bir adamı İsanın yanına gətirdilər. Cin qovulandan sonra lal danışmağa başladı. Xalq heyrətlənərək dedi: «İsraildə heç vaxt belə bir şey baş verməmişdi». İsa məbəddə Onun yanına gələn korlara və axsaqlara şəfa verdi. İsa ona dedi: «Qalx, döşəyini götür və yeri!» O adam həmin anda sağaldı və döşəyini götürüb yeridi. O gün Şənbə günü idi. Müqəddəs Yazılarda deyildiyi kimi, Mənə iman edənin daxilindən həyat suyu axan çaylar çıxacaq». Atılaraq ayağa qalxdı və yeriməyə başladı. Qaçıb tullana-tullana, Allaha həmd edərək onlarla bərabər məbədə girdi.
Выбор основного перевода