Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Sonra Yerusəlimə, Yəhuda padşahı Sidqiyanın yanına gələn qasidlər vasitəsilə Edomun, Moavın, Ammon övladlarının, Surun və Sidonun padşahlarına xəbər göndər”. «Nə vaxtadək, ya Xudavənd?» deyə soruşdum. Rəbb cavab verdi: «Şəhərlər xarabalıqlara dönüb kimsəsiz, Evlər adamsız, bu torpaq büsbütün viranə qalanadək. Ora vəhşi heyvanların yaşadığı yer olacaq, Bayquşlar evlərdə qaynaşacaq, Orada dəvəquşular məskən salacaq, Təkələr oynaşacaq. Saraylarında goreşənlər çığıracaq, Gözəl imarətlərində çaqqallar gəzəcək. Babilin sonu yaxınlaşır, O günlər tez gəlib çatacaq».
Выбор основного перевода