Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbbin məzəmmətindən, Burnundakı nəfəsinin şiddətindən Dənizin dərinlikləri göründü, Dünyanın bünövrələri açıq qaldı. Bu sular Yəhudanı basacaq, daşıb içindən keçəcək, Boğaza qədər çatacaq. Ordular qanadlarını açıb bütün ölkəyə dolacaq, ey İmmanuel!» Lakin o, yoxsullara haqq ilə hökm edəcək, Yer üzündəki fəqirlərin işinə ədalətlə qərar çıxaracaq. Dünyanı ağzının dəyənəyi ilə vuracaq. Pis adamları ağzının nəfəsi ilə öldürəcək. Mənə qarşı hiddətləndiyinə görə, Lovğalığın qulağıma çatdığına görə Halqamı burnuna və yüyənimi ağzına taxacağam, Səni gəldiyin yolla geri qaytaracağam. Lakin O, Ninevanın olduğu yeri Azğın sellərlə məhv edəcək. Düşmənlərini zülmətə salacaq. Sonra həmin qanunsuz adam meydana çıxacaq və Rəbb İsa onu ağzından çıxan nəfəsi ilə öldürəcək, Öz zühurunun əzəməti ilə məhv edəcək.
Выбор основного перевода