Ey göylər, eşidin, Ey yer üzü, dinləyin! Çünki Rəbb belə söylədi: «Övladlar yetişdirib böyütdüm, Amma onlar Mənə qarşı üsyankar oldular.
Rəbb bu xalqın tutduğu yol ilə getməməyi söyləyərək məni qüdrətli əli ilə saxladı və belə xəbərdarlıq etdi:
«Bu xalqın sui-qəsd dediyi hər şeyə siz sui-qəsd deməyin, Onların qorxduqlarından qorxmayın, lərzəyə gəlməyin.
Bu dağda bütün xalqların üzərindəki duvağı, Bütün millətlərin üstündə olan toxunma örtüyü götürəcək.
Öz niyyətlərini Rəbdən gizlətməyə çalışanların vay halına! Qaranlıqda iş görən bu adamlar «Bizi kim görür, kim tanıyır?» deyirlər.
Çünki bu, üsyankar xalq, Yalançılar nəslidir, Rəbbin qanununa qulaq asmaq istəməyən bir soydur.
Bu adam ürəyində düşündü: “Məhsulumu qoymağa yerim yoxdur. Axı nə edim?”