Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbbə baxan nur saçar, Üzü qızarmaz. Ümmətlərin səsi böyük suların gurultusuna bənzəyəcək, Lakin Allah onları məzəmmət edəcək, Onlar uzaqlara qaçacaq, Küləyin qarşısında təpəliklərdəki saman çöpü kimi, Qasırğanın önündə yuvarlanan küləş kimi qovulacaqlar. Axşamçağı onlar dəhşət doğururlar, Səhər açılmadan yox olurlar. Bizi soyanların aqibəti budur, Bizi qarət edənlərin sonu budur. Buna görə qüvvətli xalqlar Səni izzətləndirəcək. Qəddar millətlərə mənsub şəhərlər Səndən qorxacaq. Çünki Sən yoxsula sığınacaq, Sıxıntı içində olan fəqirə pənahgah, Fırtına vaxtı çardaq, İstilik vaxtı kölgəlik oldun. Qəddarların nəfəsi divara çarpan fırtına kimidir, Quraqlıqda bürkü kimidir. Lakin Sən, ya Rəbb, Zülmkarların azğınlığını bulud bürkünün qarşısını alan kimi aldın, Amansız yağıların nəğmə səslərini kəsdin. Bu qəbahət sizin üçün hündür divarda əmələ gələn çata bənzəyir, Qəflətən, bir an içində dağıla bilər. İnsanlar «sülh və təhlükəsizlik» deyəndə hamilə qadının ağrıları necə qəfildən tutursa, onlar da elə qəfil məhvə düçar olacaq və bundan əsla qaça bilməyəcəklər.
Выбор основного перевода