Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Ey Allah, indi burada o zəfər yürüşün, Ey Allahım, Padşahım, müqəddəs yerə gəlişin görünür, O dedi: «Get bu xalqa bunu çatdır: “Eşitdikcə eşidəcəksiniz, amma anlamayacaqsınız, Gördükcə görəcəksiniz, amma qanmayacaqsınız. Bu xalqın ürəyini kütləşdir, qulaqlarını ağır eşidən elə, gözlərini yum ki, Gözləri ilə görməsinlər, qulaqları ilə eşitməsinlər, Ürəkləri ilə anlamasınlar Və Mənə sarı dönüb şəfa tapmasınlar”». Rəbb onların ağlını çaşdırdı. Necə ki sərxoş adam öz qusduğunun ətrafında səndələyirsə, Misir də öz əməllərində belə dolaşır. Ancaq qızışdıqları vaxt Ziyafət düzəldib onları sərxoş edəcəyəm. Qoy keflənsinlər, Əbədi yuxuya dalsınlar, Heç vaxt oyanmasınlar» Rəbb belə bəyan edir. Buna görə sizə görüntüsüz gecə gələcək, Qaranlıqda falçılıq edə bilməyəcəksiniz. Peyğəmbərlər üçün günəş batacaq, Gündüz onlar üçün zülmət olacaq. Necə ki yazılıb: «Allah onları dərin yuxuya saldı, Onlara bu günədək görməyən gözlər, Eşitməyən qulaqlar verdi».
Выбор основного перевода