Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Davud qalada məskən saldı və qalanı Davudun şəhəri adlandırdı. Sonra ətrafda, qala yamacından içəriyə doğru olan sahəni tikdi. Sonra Arielə qarşı döyüşən bütün millətlərdən izdihamlar, Ona və qalalarına qarşı savaşanların hamısı, Ona zülm edənlər bir röya kimi, Gecə görünən yuxu kimi yox olacaq. Yuxuda çörək yediyini görən ac adam Oyananda yenə acdır. Yuxuda su içdiyini görən susuz adam Oyananda yenə susuzluqdan yanır. Sion dağına qarşı döyüşən Bütün millətlərdən izdihamlar da belə olacaq. Heyrətlənin və təəccüblənin, Gözünüzü kor edin, qoy görməsin. Şərab içmədən sərxoş olun, İçki içmədən səndələyin. Xudavənd deyir: «Bu xalq Mənə yaxınlaşıb Dilləri və dodaqları ilə Mənə hörmət edir, Amma qəlbləri Məndən uzaqdır. Onların Mənə səcdə etmələri İnsanlardan öyrəndikləri əmrlərdən gəlir.
Выбор основного перевода