Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Xudavənd Rəbb, İsrailin Müqəddəsi belə deyir: «Mənə tərəf dönüb rahatlıq tapanda xilas olarsınız, Sakitləşib inanmaqla qüdrətli olarsınız, Lakin siz bunu istəmirsiniz. Rəbb belə deyir: «Yolayrıcında dayanıb baxın, Əzəldən olan yolları soruşun. Yaxşı yolun harada olduğunu öyrənin, O yolla gedin. Onda ürəyiniz dinclik tapar. Ancaq siz “o yolla getməyəcəyik” dediniz. Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin, Mən sizə rahatlıq verərəm. Mənim boyunduruğumu üzərinizə götürün və Məndən öyrənin. Çünki Mən həlim və qəlbən itaətkaram. Bununla canınıza rahatlıq taparsınız.
Выбор основного перевода