Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
İsrail övladları Misir torpağından çıxdığı kimi Rəbbin Aşşurda sağ qalan xalqı üçün Böyük bir çıxış yolu olacaq. Orada bir yol olacaq, O yol «Müqəddəs yol» adlanacaq. Murdar adam oradan keçməyəcək, O yol qurtuluş tapanların yoludur. Ora ilə gedənlərdən heç biri, Hətta ağılsızlar da keçsələr, Əsla yolunu azmayacaq. Rəbb deyir: «Tikin, tikin, yol hazırlayın! Xalqımın yolundakı əngəlləri götürün!» Ona görə ki qalan insanlar – Mənim adımla çağırılan bütün millətlər Rəbbi axtarsınlar. Bunları qədimdən bəri məlum edən Rəbb belə deyir”.
Выбор основного перевода