Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
O gün böyük şeypur çalınacaq, Aşşur torpağında itkin düşənlərlə Misirə sürgün edilənlər gəlib Yerusəlimdə Müqəddəs dağda Rəbbə səcdə edəcək. Rəbb Öz xalqının yaralarını sarıdığı gün, Zərbəsi ilə açdığı yaralarına şəfa verən gün, Ay işığı günəş işığı, Günəşin işığı yeddi günün işığı kimi Yeddi qat artıq parlayacaq. Rəbb belə deyir: «Misirlilərin var-dövləti, Kuşun ticarət gəliri, Ucaboylu Sevalılar yanınıza gəlib qulunuz olacaq. Onlar buxovlanacaq və ardınızca gedəcək, Qarşınızda yerə sərilib yalvaracaq: “Allah yalnız sizinlədir və başqa birisi yoxdur. Bundan savayı Allah yoxdur”». İsrailin Allahı olan Ordular Rəbbi deyir: “Mən No şəhərinin allahı Amonu, fironu, Misiri, onun allahlarını, padşahlarını və firona güvənənləri cəzalandıracağam. Canlarını almaq istəyənlərə – Babil padşahı Navuxodonosora və onun əyanlarına təslim edəcəyəm. Ancaq sonra əvvəllər olduğu kimi adamlar yenə Misirdə yaşayacaq” Rəbb belə bəyan edir.
Выбор основного перевода