Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Çünki Allah bütün yer üzünün Padşahıdır, Onu ilahilərlə tərənnüm edin. Rəbb yeri sarsıtmağa qalxanda Onun zəhmli üzündən, ehtişamının əzəmətindən Hər bir insan qayalıqdakı mağaralara, Yerin altındakı xəndəklərə qaçıb girəcək. Rəbb Misirdəki dənizin körfəzini Büsbütün qurudacaq. Fərat çayının üzərində Əlini yellədərək səmum küləyi gətirəcək, O, çayı yeddi dərəyə böləcək, Adamlar oradan çarıqlarla keçə biləcək. Rəbbin onlara endirdiyi dəyənəyinin hər zərbəsini Dəf və liralar müşayiət edəcək. Döyüşərkən əl-qol atıb onları vuracaq. Babil döyüşçüləri vuruşmaqdan əl çəkdi, Öz qalalarında oturdu. Gücləri tükəndi, Ürkək qadınlara döndülər. Yaşadıqları yerlər oda verildi, Darvaza sürgüləri qırıldı. Budur, əsgərlərin qadın kimidir, Ölkənin darvazaları düşmənlərin üzünə taybatay açılıb. Qapı rəzələrini od yeyib.
Выбор основного перевода