Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Mən isə o gecə Misir torpağından keçəcəyəm. Misir torpağında olan həm insanların bütün ilk oğullarını, həm də heyvanların bütün ilk balalarını öldürəcəyəm. Bütün Misir allahlarına da cəza verəcəyəm. Rəbb Mənəm. İndi izimə düşüb məni mühasirəyə aldılar, Güdürlər ki, məni yerə vursunlar. Odur bütün təqsirlərini əfv edən, Bütün xəstəliklərinə şəfa verən. Yerusəlimlə Samariyadakından daha çox oyma bütləri olan Bütpərəst ölkələri necə ələ keçirdimsə, Amots oğlu Yeşayaya Babil haqqında görüntü ilə nazil olan xəbərdarlıq: Misir allahlarının məbədlərində od qalayacağam. Babil padşahı onları yandıracaq, bütləri alıb aparacaq. Bir çoban paltarını necə bitdən təmizləyirsə, o da Misir ölkəsini eləcə təmizləyəcək. Sonra oradan sağ-salamat çıxacaq. Babil padşahı Navuxodonosorun gəlib Misir torpağına hücum edəcəyi barədə Rəbb Yeremya peyğəmbərə bu sözləri nazil etdi: «Misirdə bildirin, Miqdolda eşitdirin, Nofda və Taxpanxesdə elan edib deyin: “Qalx və hazırlaş, Çünki ətrafında olanları Qılınc yeyib-qurtardı”. Cəngavərlərin nə üçün yerə yıxıldı, Dayana bilmədi? Çünki Rəbb onu yerə vurdu. Dəfələrlə büdrədilər, Bir-birlərinin üstünə yıxılıb dedilər: “Qalxın zalımların qılıncından qaçıb Öz xalqımızın yanına, Doğma vətənimizə qayıdaq”. Orada onlar bağırdılar: “Misir padşahı firon boşboğazdır, O, fürsəti əldən verdi”. Adı Ordular Rəbbi olan Padşah bəyan edir: “Varlığıma and olsun ki, Tavor və dəniz sahilindəki Karmel dağları Dağlar arasında necə nəzərə çarparsa, Gələn şəxs də elə olacaq. Ey Misirdə yaşayan, Sürgünə getmək üçün əşyalarını hazırla. Çünki Nof viran olub yanacaq, İçində bir sakin qalmayacaq. Misir çox gözəl bir düyədir, Ancaq şimaldan üstünə mozalan gəlir. Onun muzdlu əsgərləri də Bəslənmiş dana kimidir. Onlar üz çevirib birlikdə qaçdı, Yerlərində durmadı. Çünki fəlakətlərinin günü, Cəzalarının vaxtı gəlmişdi. Sürünən ilan kimi fışıltıları gəlir, Çünki ordu ilə irəliləyirlər, Ağac kəsənlər kimi ona qarşı Balta ilə gəlirlər. Keçilməz olsa da, Yenə meşəni kəsəcəklər” Rəbb belə bəyan edir. “Çünki onlar çəyirtkələrdən çoxdur, Hesaba gəlməzlər. Misir utandırılacaq, Şimal xalqına təslim ediləcək”. İsrailin Allahı olan Ordular Rəbbi deyir: “Mən No şəhərinin allahı Amonu, fironu, Misiri, onun allahlarını, padşahlarını və firona güvənənləri cəzalandıracağam. Canlarını almaq istəyənlərə – Babil padşahı Navuxodonosora və onun əyanlarına təslim edəcəyəm. Ancaq sonra əvvəllər olduğu kimi adamlar yenə Misirdə yaşayacaq” Rəbb belə bəyan edir.
Выбор основного перевода