Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbb dedi: «Misir və Kuş üçün əlamət və ibrət olaraq qulum Yeşaya necə üç il ərzində çılpaq və ayaqyalın dolaşdısa, elə də Aşşur padşahı Misiri xəcalətli etmək üçün Misirliləri əsir, Kuşluları sürgün edib gəncləri, qocaları çılpaq və ayaqyalın, ayıb yerləri açıq aparacaq. Kuşa güvənən, Misirlə fəxr edən xalq qorxacaq və xəcalətə düşəcək. Misirin üstünə qılınc gələcək, Kuş əzab çəkəcək. Misirdə adamlar həlak olanda Ölkənin sərvəti qarət olunacaq, O öz təməlindən dağılacaq. Misirlə birlikdə Kuş, Put, Lud, Bütün Ərəbistan, Kuv və əhd bağladığı ölkənin adamları Qılıncdan keçiriləcək”. O gün qayğısız Kuş əhalisini qorxutmaq üçün gəmilərlə qasidlər göndərəcəyəm. Onlar Misirin dağıldığı gün gələndə dəhşətə düşəcək. Budur, o gün gəlir!” Kuş və Misir onun sonsuz qüvvəti idi, Put və Liviya da köməkçiləri idi. «Ey Kuşlular, siz də Mənim qılıncımla öldürüləcəksiniz» Rəbb deyir. Qürbətə dağılmış, Mənə səcdə edənlər Kuş çaylarının o tayından Mənə təqdimlər gətirəcək.
Выбор основного перевода