Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Yaqub nəslinin qəbahəti bununla bağışlanacaq, Günahın aradan götürülməsinin tam bəhrəsi bu olacaq: Bütpərəst qurbangahların daşları Tabaşir kimi ovulacaq, İlahə Aşeranın rəmzi olan sütunlar Ya da buxur qurbangahları Bir daha dikəlməyəcək. İstehkamlı şəhər tənha, kimsəsiz yurd, Səhra kimi boş qaldı. Orada dana otlayıb yatacaq, Budaqları yeyib-qurtaracaq. Sizin bütlərinizi qıracağam, Daş sütunlarınızı söküb-dağıdacağam. Əllərinizlə düzəltdiyiniz əşyaya Artıq səcdə etməyəcəksiniz. Sizin Aşera bütlərinizi qırıb-dağıdacağam. Şəhərlərinizi viran qoyacağam. Onların qurbangahlarını dağıdın, daş sütunlarını sındırın, ilahə Aşera bütlərini kəsin. Onlarla belə rəftar edin: qurbangahlarını dağıdıb daş sütunlarını sındırın, ilahə Aşera bütlərini baltalayıb oyma bütlərini odda yandırın. O gün insanlar Səcdə etmək üçün düzəltdikləri Qızıl və gümüş bütlərini götürüb Köstəbək və yarasaların Qabağına atacaqlar ki, Onda siz gümüşlə örtülən oyma bütlərinizi, Qızılla örtülmüş tökmə bütlərinizi Murdar hesab edəcəksiniz. Murdar bir şeyi atdığınız kimi onları atıb deyəcəksiniz: «Rədd ol!» Çünki o gün hamınız əlinizlə günahkarcasına düzəltdiyiniz qızıl və gümüş bütlərinizi tullayacaqsınız.
Выбор основного перевода