Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Aşşur padşahı ona qulaq asdı: Dəməşqə hücum edib onu aldı, əhalisini Qirə sürgün etdi və Resini öldürdü. Çünki Aramın paytaxtı Dəməşqdir, Dəməşqin başçısı da Resindir. Efrayim isə altmış beş ildən sonra Darmadağın edilib xalq kimi qalmayacaq. Çünki körpə “anam, atam” deməyi öyrənməzdən əvvəl Dəməşqin sərvəti və Samariyanın qəniməti Aşşur padşahına aparılacaq». Kalnonu Karkemiş kimi ələ keçirmədimmi? Xamat və Arpad şəhərlərini süqut etdirmədimmi? Samariya ilə Dəməşq bizə təslim olmadılarmı? Bu sözlər Dəməşq barədədir: «Xamat və Arpad utanacaq, Çünki pis xəbər eşidib Ruhdan düşdülər. Sakit durmayan dəniz kimi Coşub narahat oldular. Dəməşq əldən düşdü, Qaçmağa üz qoydu, Onu vahimə bürüdü. Doğan qadın kimi Onu sancı və ağrı tutdu. Necə oldu ki, Məni sevindirən, Şöhrətli şəhər tərk edilmədi? Buna görə də cavanları Meydanlarında həlak olacaq. O gün bütün döyüşçüləri susdurulacaq» Ordular Rəbbi belə bəyan edir. «Dəməşqin divarlarına od salacağam, Ben-Hadadın saraylarını yandırıb məhv edəcək». Rəbb belə deyir: “Dəməşqlilərin üç-dörd qat günahına görə Onları cəzasız buraxmayacağam, Çünki onlar Gileadı dəmirdişli vəllərlə döydü. Buna görə də Xazaelin sarayına od yağdıracağam ki, Ben-Hadadın qalalarını yandırıb-yaxsın. Dəməşqin darvazalarının sürgülərini qıracağam, Aven dərəsindən əhalini silib-atacağam, Bet-Edendən əsa gəzdirəni kəsəcəyəm, Aram xalqı Qirə sürgünə aparılacaq” Rəbb belə deyir. Bu xəbərdarlıq Xadrak ölkəsi və onun rahatlıq yeri Dəməşq şəhəri barəsində nazil olan Rəbbin sözüdür, çünki insanların və bütün İsrail qəbilələrinin gözü Rəbbə baxır.
Выбор основного перевода