Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Ya Rəbb, mənə qulaq asıb cavab ver, Çünki mən məzlumam, fəqirəm. Möminəm, Sən Özün məni qoru, Ey Allahım, Sənə güvənən bəndəni qurtar. Çünki Sən, ey Xudavənd, xeyirxahsan, bağışlayan Sənsən, Səni səsləyənlərin hamısı üçün məhəbbətin boldur. Buna görə də Xudavənd Rəbb belə deyir: Budur, Sionda təməl olaraq bir daş, Sınaqdan keçirilmiş daş, qiymətli bir guşədaşı qoyuram. Ona iman edən hər kəs narahat olmayacaq. Aşşur padşahına «Kuş padşahı Tirhaqa sənin üstünə vuruşmağa gəlir» xəbəri çatdı. O bunu eşidəndə Xizqiyanın yanına qasidlər göndərib dedi: Sizin aranızda itaətkar və məzlum bir xalqı sağ qoyacağam, Onlar Rəbbin adına pənah gətirəcək. Beləcə əhd o gün pozuldu. Sürünün Mənə qulaq asan zəifləri bunun Rəbbin sözü olduğunu anladı.
Выбор основного перевода