Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Buna görə də Rəbbin qəzəbi Öz xalqına qarşı alovlandı, Əlini onlara qarşı uzadaraq onları vurdu. Dağlar titrədi, küçələrdə meyitləri zibil kimi qaldı, Bütün bunlara qarşı yenə də Rəbbin qəzəbi sönmədi, Əli hələ də cəzalandırmağa hazır idi. «Sənin burada nə işin var? Kim icazə verib ki, Burada – yüksəkdə özün üçün məzar qazasan, Qayanın içində özünə sərdabə düzəldəsən? Ey güclü kişi, bax Rəbb səni var-qüvvə ilə atıb-tutacaq, Top kimi yuvarlayacaq, Gen-bol ölkəyə atacaq. Orada öləcəksən və öyündüyün arabaların orada qalacaq, Axı öz ağanın evini biabır edən sənsən! Ölüləri kənara atılacaq, Meyitlərindən üfunət qalxacaq, Dağlar onların qanına bulanacaq. Onu sürüyüb Yerusəlim darvazalarından kənara atacaqlar, Eşşək basdırılan kimi basdırılacaq». Adamlar şəhərə girəndə Netanya oğlu İsmail və yanında olan adamlar onları öldürüb cəsədlərini quyuya atdılar. İsmailin öldürdüyü Gedalya ilə adamlarının cəsədlərini atdığı quyunu padşah Asa İsrail padşahı Baaşaya qarşı müdafiə tədbiri olaraq qazmışdı. Netanya oğlu İsmail onu öldürülənlərlə doldurdu.
Выбор основного перевода