Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Babil daş qalaqlarına, Çaqqal yuvasına dönəcək. Dəhşət hədəfi olacaq, İstehza ilə ona fit çalacaqlar. Orada heç kəs yaşamayacaq. Xalqı cavan aslanlar kimi kükrəyəcək, Şir balaları kimi nərildəyəcək. Ancaq qızışdıqları vaxt Ziyafət düzəldib onları sərxoş edəcəyəm. Qoy keflənsinlər, Əbədi yuxuya dalsınlar, Heç vaxt oyanmasınlar» Rəbb belə bəyan edir. «Onları quzu, qoç və təkə kimi Kəsməyə aparacağam. Şeşak necə alındı! Bütün dünyanın qürurlandığı yer Necə dəhşətli hala düşdü. Babil millətlər arasında Necə dəhşətli hala düşdü! Babili çay basacaq, Onu gurlayan dalğalar örtəcək. Qəsəbələri viran olacaq, Torpaqları heç kəsin yaşamadığı, Bəşər oğlunun keçmədiyi Quraq bir çölə dönəcək.
Выбор основного перевода