Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Rəbb uzaqda yaşayan millətləri Bayraq işarəsi ilə, Onları yer üzünün ucqarlarından Fit səsi ilə səsləyəcək. Tezliklə bu millətlər gələcək. Bu gün işğalçılar Novda qalacaq, Sion şəhərinin qurulduğu dağa – Yerusəlim təpəsinə yumruq göstərəcək. Ey bütün yer üzündə yaşayanlar! Ey dünya sakinləri! Dağların zirvəsinə bayraq dikələndə baxın! Şeypur çalınanda eşidin! “Siona qaçın” deyə bayraq qaldırın, Qaçıb qurtulun, dayanmayın. Çünki Mən şimaldan Bəla və böyük qırğın gətirəcəyəm». «Millətlərə bildirib elan edin. Bayraq qaldırıb xəbər verin, Heç nəyi gizlətməyin! Deyin ki, Babil ələ keçiriləcək, Bel allahı utandırılacaq, Marduk allahı dəhşətə düşəcək, Bütləri alçaldılacaq, Məbudları parça-parça olacaq. «Budur, sənə qarşıyam, Ey həlak edən dağ» Rəbb belə bəyan edir. «Ey bütün dünyanı həlak edən! Sənə əlimi qaldırıb Qayanın başından yuvarlayacağam, Səni yanmış bir dağa çevirəcəyəm.
Выбор основного перевода