Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Onlar Allahın nəfəsi ilə yox olar, Qəzəbinin küləyi onları udar. Məni ədalətinlə qurtar, xilas et, Qulağını mənə sarı döndər, məni azad et. Ey Allahım, şər insanın əlindən, Haqsızın, zalımın pəncəsindən məni qurtar. Ey Allah, məndən uzaq durma, Ey Allahım, dadıma tez çat! Mənsə hər zaman Sənə ümid bağlayacağam, Sənə həmd oxuduqca oxuyacağam. Rəbb xalqının rəhbərlərini, Başçılarını məhkəməyə gətirir: «Sizsiniz üzüm bağını yeyib-dağıdan, Kasıbların malı ilə evlərinizi dolduran. Hakimiyyətinin və sülhünün artmasının sonu olmayacaq, O, Davudun taxtı və padşahlığı üzərində hökm sürəcək, O, hakimiyyətini ədalətlə və salehliklə indidən sonsuzadək quracaq. Ordular Rəbbinin qeyrəti bunu edəcək. Fəqirlər Rəbdə sevinc tapacaq, Yoxsullar İsrailin Müqəddəsində şadlanacaq. O, ataların ürəklərini oğullarına, oğullarının ürəklərini isə atalarına tərəf döndərəcək ki, daha Mən gəlib ölkəni lənətləyib məhv etməyim». Sonra həmin qanunsuz adam meydana çıxacaq və Rəbb İsa onu ağzından çıxan nəfəsi ilə öldürəcək, Öz zühurunun əzəməti ilə məhv edəcək.
Выбор основного перевода