Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
O gün Xudavənd Fəratın o tayından muzdla tutduğu ülgüclə – Aşşur padşahı ilə saçlarınızı, Bədəndəki tüklərinizi və saqqallarınızı qırxacaq. Mən Xudavənd, Fəratın coşan qüdrətli sularını – Aşşur padşahı və onun qüvvətini bu xalqın üstünə gətirəcəyəm. Bu sular öz yataqlarından yuxarı qalxaraq aşıb-daşacaq. O gün Misirlilər qadına bənzəyəcək, Ordular Rəbbinin onlara qarşı qalxan əlinin önündə titrəyib dəhşətə gələcək. Dənizdə və azğın sularda yol, riz açan, Rəbb Musaya belə dedi: «Əlini dənizin üzərinə uzat ki, sular Misirlilərin, döyüş arabalarının və süvarilərin üzərinə qayıtsın». Musa əlini dənizin üzərinə uzatdı. Səhərə yaxın dəniz adi hala qayıtdı. Misirlilər sulardan qaçmaq istəyəndə Rəbb onları itələyib dənizin ortasına atdı. Yerinə qayıdan sular döyüş arabalarını, süvariləri, İsrail övladlarının ardınca dənizə gedən fironun bütün ordusunu örtüb uddu. Onlardan bir nəfər də olsun sağ qalmadı. İsrail övladları isə dənizin ortasında quru yerdən keçib getmişdilər. Sular onlar üçün sağ və sol tərəfdə divar olmuşdu. O gün Misirdən Aşşura böyük yol olacaq. Aşşurlu Misirə, Misirli Aşşura gedib-gələcək. Misirlilərlə Aşşurlular birlikdə Rəbbə səcdə edəcək. Dənizi, dərin suları Sən qurutmadınmı? Satın alınan xalqının keçməsindən ötrü Dənizin dərinliklərini yola çevirən Sən deyildinmi? Keçin, keçin şəhər darvazalarından, Xalq üçün yol hazırlayın! Tikin, yol salın, Daşları kənara atın, Xalqlar üçün bayraq qaldırın! Öz əzəmətli gücü ilə Musanın sağ əlindən tutub, Özünə əbədi ad qazandırmaq üçün Suları qarşılarında yaran Rəbb haradadır? Bir at çöldə yıxılmadan çapan kimi Onları da dərinliklərdən elə keçirən Rəbb haradadır?
Выбор основного перевода