Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
O gün böyük şeypur çalınacaq, Aşşur torpağında itkin düşənlərlə Misirə sürgün edilənlər gəlib Yerusəlimdə Müqəddəs dağda Rəbbə səcdə edəcək. Mən aralarında bir əlamət qoyacağam. Onlardan qaçıb-qurtulanları Mən millətlərə – Tarşişə, Pula, mahir oxatanların vətəni Luda, Tuvala, Yavana, şöhrətimi eşitməyən, əzəmətimi görməyən uzaq diyarlara göndərəcəyəm. Onlar Mənim əzəmətimi bu millətlər arasında bəyan edəcək. Misir ölkəsində, Miqdolda, Taxpanxesdə, Nofda yaşayan və Patros torpağında sakin olan bütün Yəhudalılar barədə Yeremyaya bu söz nazil oldu: O gün xalqın Aşşurdan, Misir şəhərlərindən, Misirdən Fərat çayına qədər uzanan torpaqlardan, Dənizdən dənizədək, dağdan dağadək, Sənin yanına qayıdacaq. Mən onları yenə Misir ölkəsindən gətirəcək, Aşşurdan toplayacağam. Onları Gilead torpağına, Livana gətirəcəyəm. Onlara kifayət qədər yer tapılmayacaq.
Выбор основного перевода