Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Buna görə də Rəbbin qəzəbi Öz xalqına qarşı alovlandı, Əlini onlara qarşı uzadaraq onları vurdu. Dağlar titrədi, küçələrdə meyitləri zibil kimi qaldı, Bütün bunlara qarşı yenə də Rəbbin qəzəbi sönmədi, Əli hələ də cəzalandırmağa hazır idi. Onların nərəsi bağıran şikarlarını qapıb aparan, Kimsə onu əlindən ala bilməyən Şirin, gənc aslanın nərəsinə bənzər. Buna görə də Xudavənd Onların cavanlarına görə sevinməyəcək, Yetimlərin və dul qadınların halına yanmayacaq. Çünki hamı allahsızdır, Şər işlər görür, Hamının ağzından axmaq kəlmələr çıxır. Bütün bunlara qarşı yenə də Rəbbin qəzəbi sönmədi, Əli hələ də cəzalandırmağa hazır idi. Ordular Rəbbinin qəzəbi Ölkəni od kimi yandırdı, Xalqı alov yandırıb-yaxır, Qardaş qardaşa rəhm etmir. Rəbb bəyan edir: “Mən əmr edib Babilliləri bu şəhərə tərəf geri qaytaracağam. Onlar hücum edib şəhəri ələ keçirəcək, ona od vuracaq. Yəhuda şəhərlərini heç kəsin yaşamadığı bir viranəliyə çevirəcəyəm”». Onlar döyüşdə Düşməni küçələrdə palçıqda tapdalayan İgidlər kimi olacaq, Rəbb onlarla olduğu üçün döyüşəcəklər, Süvariləri utandıracaqlar.
Выбор основного перевода