Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
Параллельные места
Allah ayağa qalxanda Mən nə edə bilərəm? Məni yoxlayanda nə cavab verərəm? Rəbb uzaqda yaşayan millətləri Bayraq işarəsi ilə, Onları yer üzünün ucqarlarından Fit səsi ilə səsləyəcək. Tezliklə bu millətlər gələcək. O gün bu sahil boyunca yerləşən ölkənin sakinləri deyəcək: “Aşşur padşahının əlindən qurtulmaq üçün köməyinə güvəndiyimiz, bel bağladığımız xalqların başına gör nələr gəldi! Bəs biz nə cür qurtulacağıq?”» Rəbb bəyan edir: «Bunlara görə Mən onlara cəza verməyimmi? Belə bir millətdən qisas almayımmı? Onların cəza günləri gəldi, Haqq-hesab günləri yetişdi. Qoy İsrail bunu bilsin! Təqsirlərinizin çoxluğundan, Düşmənçiliyinizin böyüklüyündən Peyğəmbəri əbləh, Ruhani adamı divanə saydınız. Səni də, qucağındakı övladlarını da yerlə-yeksan edəcəklər. Daşını daş üstə qoymayacaqlar, çünki Allahın sənə yaxınlaşdığı zamanı anlamadın».
Выбор основного перевода