Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9
Параллельные места
Ordular Rəbbi and içib belə deyir: «Mütləq düşündüyüm kimi olacaq, Niyyət etdiyim kimi gerçəkləşəcək. Ölkəmdə Aşşurluları məhv edəcəyəm, Dağlarımda onları tapdalayacağam. Xalqım Aşşurun boyunduruğundan, Çiyinlərindəki yükündən qurtulacaq. Bütün dünya üçün hazırladığım hökm budur, Bütün millətlərə qarşı uzanan əl budur. Ordular Rəbbinin hökmünü kim poza bilər? Uzanan əlini kim geri qaytara bilər?» Nuru, qaranlığı, sülhü, fəlakəti yaradan Mənəm, Bütün bunları edən Rəbb Mənəm. Ey Binyamin övladları, Yerusəlimin içindən qaçıb qurtarın. Teqoada şeypur çalın, Bet-Hakkeremdə odla işarə verin, Çünki şimaldan fəlakət, Böyük qırğın zahir olur. Əgər sən özün üçün çox şey istəyirsənsə, istəmə. Çünki Mən bütün bəşərin üzərinə bəla gətirəcəyəm” Rəbb belə bəyan edir. “Ancaq hara gedirsən, get, heç olmasa canını qoruyacağam”». Həm xeyir, həm də şər, Haqq-Taalanın əmri ilə gələr. Giveada şeypur çalın, Ramada kərənay çalın, Bet-Avendə car çəkin, Düşmən arxandadır, ey Binyamin! Marot əhalisi xeyir arzulasa da, Rəbb Yerusəlimin darvazasına bəla gətirir.
Выбор основного перевода