Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9
Параллельные места
Rəbb xalqının rəhbərlərini, Başçılarını məhkəməyə gətirir: «Sizsiniz üzüm bağını yeyib-dağıdan, Kasıbların malı ilə evlərinizi dolduran. Nə haqla xalqıma zülm edib Yoxsullara əzab verirsiniz?» Bunu Ordular Rəbbi Xudavənd bəyan edir. Həqiqətən, xalqım ağılsızdır, Məni tanımır. Onlar cahil övladlardır, Dərrakələri yoxdur, Ağılları pislik etməyə çatır, Yaxşılıq etməyin nə olduğunu bilmirlər. Ey ədaləti çevirib acı yovşan edənlər, Ey salehliyi yerə vurub tapdalayanlar! Qaya üzərində atlar çaparmı? Orada kim öküzlərlə kotan sürər? Siz isə ədaləti zəhərə döndərmisiniz, Bəraəti də acıya çevirmisiniz. Məgər pislərin evindəki haram mal-dövlətdən, Lənətli əskik ölçülərdən xəbərim yoxdur? Saxta tərəzi və aldadıcı çəki daşlarından İstifadə edəni haqlı sayarammı? Şəhərin varlıları zorakılıq edir, Sakinləri adamları aldadır – Yalanla nəfəs alır. Bir çox milləti soyduğun üçün Xalqlardan sağ qalanlar səni də soyacaq. Çünki insan qanı tökdün, Ölkələrə və şəhərlərə, Orada yaşayan hər kəsə zorakılıq etdin. Evini haram qazancla dolduranın, Fəlakətdən qaçmaq üçün Yuvasını yüksək yerdə quranın vay halına! Sən çox xalqları qırmaqla Öz evini rüsvay etdin, Öz həyatına günah gətirdin! Belə ki divar daşları bu barədə fəryad qoparacaq, Taxta tirlər əks-səda verəcək! O gün kandarından tullanıb keçənləri, Öz ağalarının evlərini zorakılıq və hiylə ilə Dolduranları cəzalandıracağam». O dedi: «Bu bütün yer üzünə yağacaq lənətdir. Tumarın bir üzünə yazılanlara görə oğurluq edən hər kəs kəsilib-atılacaq, o biri üzünə yazılanlara görə isə yalandan and içənlər kəsilib-atılacaq. Lənət yağdıracağam» bəyan edir Ordular Rəbbi, «Oğrunun evinə və Mənim adımla Yalandan and içən adamın evinə lənət girəcək, O evin içində qalacaq, Taxtaları və daşları ilə birlikdə onu yıxıb məhv edəcək».
Выбор основного перевода