Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9
Параллельные места
Öz övladını Molekə təqdim etdiyi üçün Mən o adamdan üz döndərib xalqı arasından qovacağam; çünki o, Müqəddəs məkanımı murdarlayıb müqəddəs adımı ləkələmişdir. Yoxsulları yoldan çıxarır, Ölkədəki fəqirlərin hamısı gizlənməyə məcbur olur. Ailədə qardaş qardaşa sarılıb deyəcək: «Sənin heç olmasa əyninə geyməyə paltarın var. Sən başçımız ol, Qoy bu xarabalıqlar sənin əlinin altında olsun!» Yoxsullardan ədaləti əsirgəyənlərin, Xalqımın kasıblarının haqqını əlindən alanların, Dul qadınları soyanların, Yetimlərin malını ələ keçirənlərin vay halına! Sənin içində kimi qonşusunun arvadı ilə iyrənc iş edir, kimi həyasızlıqla gəlinini murdar edir, kimi öz atasının qızını – bacısını zorlayır. Çünki cinayətlərinizin çox, Günahlarınızın ağır olduğunu bilirəm. Ey salehi incidənlər, rüşvət alanlar, Möhtacların haqqını tapdalayanlar! Siz, ey möhtacları tapdalayıb əzənlər, ey kasıbların başını yeyənlər, indi buna qulaq asın! Axı belə yazılıb: «Sizin üzünüzdən millətlər arasında Allahın adına küfr edilir». Danışırlar ki, aranızda cinsi əxlaqsızlıq baş verir: sizdən bir nəfər ögey anası ilə yaşayır. Belə cinsi əxlaqsızlığa hətta bütpərəstlər arasında da rast gəlmək mümkün deyil!
Выбор основного перевода