Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9
Параллельные места
Səma altında daha bir şey də gördüm: Yarışı həmişə bərk qaçanlar udmur, Müharibədə həmişə igidlər qalib gəlmir. Çörək həmişə müdriklərə, Var-dövlət həmişə ağıllılara nəsib olmur, Hörmət alimlərə göstərilmir. Ancaq zaman və fürsətdir ki, hər kəsin qabağına çıxır. Siz dediniz: “Xeyr, atlara minib-qaçacağıq”, Buna görə siz qaçmalı olacaqsınız. “Çevik atlara minəcəyik”. Buna görə təqibçiləriniz də çevik olacaq. Min nəfər bir nəfərin hədəsinə görə qaçacaq, Beş nəfərin hədəsinə görə hamınız qaçacaqsınız; Sağ qalanlarınız dağın zirvəsindəki bayrağın şüvülü tək, Təpədəki bayraq tək olacaq». Rəbb belə deyir: «Müdrik müdrikliyi ilə öyünməsin, İgid öz gücü ilə öyünməsin, Varlı öz sərvəti ilə öyünməsin. Xudavəndi qurbangah yanında duran gördüm. O dedi: “Sütun başlıqlarını elə vur ki, Astanalar sarsılsın. Binanı hamının başına uçur. Sağ qalanları Mən qılıncdan keçirəcəyəm. Onlardan heç kim qaçıb qurtula bilməz.
Выбор основного перевода