Выбор основного перевода
Открыть комментарий или сравнить с другим переводом
Выбор книги основного перевода
1 2 3 4 5 6 7 8 9
Параллельные места
Onlar baxıcılara “bir daha görüntü görməyin”, Görücülərə “bizim üçün düzgün şeylər haqqında peyğəmbərlik etməyin, Bizə xoş sözlər söyləyin, Arzuladığımızı peyğəmbərlik edin. «Buna görə də Rəbb səni öldürmək istəyən və “Rəbbin adı ilə peyğəmbərlik etmə, yoxsa bizim əlimizdə ölərsən” deyən Anatot əhalisi barədə belə deyir. Sonra Amasya Amosa dedi: «Ey görücü, buradan get, Yəhuda torpağına qaç. Peyğəmbərliyini orada et, onların çörəyini ye. Bir də Bet-Eldə peyğəmbərlik etmə, çünki bura padşahın müqəddəs məkanı və padşahlıq məbədidir». İndi isə Rəbbin sözünü dinlə. Sən “İsrailə qarşı peyğəmbərlik etmə və İshaq nəslinin əleyhinə vəz etmə” deyirsən. Adamlar deyir: «Vəz etməyin, Bu işlər barədə vəz etməyin, Rüsvay olmayacağıq!»
Выбор основного перевода